Menyu

Səbail rayonunda saxlanılan narkokuryerdən 10 kiloqram marixuana aşkarlanıb

Nərmin Qocamanlı
Səbail rayonunda saxlanılan narkokuryerdən 10 kiloqram marixuana aşkarlanıb

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat zamanı 42 yaşlı A.Həsənov saxlanılıb.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, ondan 10 kiloqram tərkibi zərərli qatqılarla zənginləşdirilmiş marixuana aşkarlanıb.
 
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri maddi gəlir qazanmaq niyyəti ilə şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.
 
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. 

A.Həsənovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Teqlər:

"S\u0259bail rayonunda saxlan\u0131lan narkokuryerd\u0259n 10 kiloqram marixuana a\u015fkarlan\u0131b"

Əlaqəli Xəbərlər