Saray qəsəbəsində qadın qətlə yetirilib, qayını saxlanılıb
Nərmin Qocamanlı
Sentyabrın 2-də saat 14 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində Əminə Məlikovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron rayon prokurorluğundan Operativ Media-ya verilən məlumata görə, araşdırma zamanı 1967-ci il təvəllüdlü Pərviz Məlikovun qardaşı arvadı 1972-ci il təvəllüdlü Əminə Məlikovaya bıçaqla xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pərviz Məlikov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net