Menyu

Erməni terrorçunun aclıq etdiyi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil

Əsəd Abbaslı
Erməni terrorçunun aclıq etdiyi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil

Erməni KİV-də Azərbaycanda həbsdə olan,  Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın aclıq etdiyi ilə bağlı məlumatlar yayılıb.

Operativ Media xəbər verir ki, bu məlumat həqiqətə uyğun deyil və məhkumun hazırda cəzasını çəkdiyi bildirilir.

Qeyd edək ki, təqsirləndirilən şəxs 2020-ci ildə Vətən Müharibəsindən sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

 DTX-də başlanılmış cinayət işi üzrə Viken Eulcekcian Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (Muzdluluq), 214.2.1-ci və 214.2.3-cü (Terrorçuluq), 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə  təqsirləndirilən şəxs 20 il azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki o cəzasının ilk 5 ilini həbsxanada, qalan 15 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisində çəkməlidir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər