Menyu

İsrail quru əməliyyatına başlayıb

Əsəd Abbaslı
İsrail quru əməliyyatına başlayıb

İsrail Qəzza zolağında quru əməliyyatına başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir məlumat verib.

"Əməliyyat çərçivəsində zərbələri gücləndirməyə hazırlaşırıq və məhz bu səbəbdən sizi buraya çağırmışıq. Artıq Qəzzada quru əməliyyatına başlamışıq", – deyə Zamir son həftələrdə hərbi xidmətə çağırılmış ehtiyatda olan hərbçilərə müraciətində bildirib.

İsrailin Baş naziri Benyamin Netanyahu da çərşənbə axşamı ehtiyatda olan hərbçilərə müraciət ünvanlayıb.

"Mən sizə – İsrail Müdafiə Ordusunun əsgərlərinə, ehtiyatçılara və ailələrinizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Hazırda biz həlledici mərhələdəyik. Sizə inanıram, sizə güvənirəm və bütün xalq sizi dəstəkləyir", – deyə Netanyahu videomüraciətində qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər