Əkin sahələrindən 3 milyon tona yaxın dənli paxlalı bitkilər yığılıb
Şəfa Hüseynli
Bu ilin yanvar-iyul aylarında tarlalardan qarğıdalı da daxil olmaqla 2 982,9 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,6 faiz çox dənli və dənli paxlalı bitkilər yığılıb.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bundan əlavə, bu dövr ərzində 611,1 min ton (2,1 faiz çox) kartof, 348,1 min ton (5,1 faiz çox) meyvə və giləmeyvə, 37,6 min ton (70,9 faiz çox) şəkər çuğunduru, 6 min ton (2 faiz çox) üzüm, 2,5 min ton (40,2 faiz çox) tütün, 834,3 ton (7,9 faiz çox) yaşıl çay yarpağı toplanıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma