Menyu

Qazaxda fərdi yaşayış evində yanğın baş verib- VİDEO

Şəfa Hüseynli
Qazaxda  fərdi yaşayış evində yanğın baş verib- VİDEO

Qazax şəhəri, Ələddin Qədirov küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Bu barədə Operativ Media-ya FHN-dən məlumat verilib, 

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının həyətyanı sahədə baş verdiyi və genişlənərək evə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Yanğın nəticəsində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış plastik su boruları yanıb, yüksək temperaturdan yaxınlıqdakı ümumi sahəsi 150 kv.m olan birmərtəbli dördotaqlı evin 1 otağının 2 ədəd plastik pəncərə çərçivəsi qismən deformasiya edib. 

Ev yanğından mühafizə edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər