Pərviz Şahbazov STAR və Petkim zavodlarını ziyarət edib
Əsəd Abbaslı
Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Türkiyənin İzmir şəhərinə səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki əsas enerji sərmayə layihələri olan STAR neft emalı zavodu və Petkim neft-kimya zavoduna baş çəkib.
Operativ Media xəbər verir ki, nazir öz sosial media hesabında etdiyi paylaşımda bildirib ki, səfər zamanı Azərbaycanın Türkiyədəki 18 milyard dollardan çox enerji sərmayələrinin əsasını təşkil edən bu strateji obyektlərin fəaliyyəti ilə yaxından tanış olunub.
Qeyd olunub ki, STAR və Petkim zavodları enerji təhlükəsizliyi və davamlı iqtisadi inkişafa mühüm töhfələr verir.
Teqlər:
"P\u0259rviz \u015eahbazov STAR v\u0259 Petkim zavodlar\u0131n\u0131 ziyar\u0259t edib"