Menyu

Mikayıl Cabbarov Qətərin ticarət və sənaye naziri ilə görüşüb

Nərmin Qocamanlı
Mikayıl Cabbarov Qətərin ticarət və sənaye naziri ilə görüşüb
1 dəq oxu

İqtiadiyyat naziri Mikayıl Cabbarov Qətərin ticarət və sənaye naziri ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Mikayll Cabbarov öz "X" hesabında paylaşım edib;

"Qətərə səfərimiz çərçivəsində bu ölkənin ticarət və sənaye naziri Şeyx Faisal bin Tani bin Faisal Al Tani ilə görüşdük.

Azərbaycan - Qətər ticarət əlaqələrinin möhkəmləndirilməsinin, qarşılıqlı investisiya-ların həcminin artırılmasının hər iki ölkənin iqtisadi inkişafına töhfə verəcəyini vurğuladıq.

Enerji, yaşıl texnologiyalar, kənd təsərrüfatı və infrastruktur kimi prioritet sektorlar üzrə tərəfdaşlığın gücləndirilməsi haqqında fikir mübadiləsi apardıq".

Əlaqəli Xəbərlər