Menyu

Azərbaycan "VISA" ilə Anlaşma Memorandumu imzalayıb

Şəfa Hüseynli
Azərbaycan "VISA" ilə Anlaşma Memorandumu imzalayıb

Azərbaycan və "VISA" şirkəti arasında müasir maliyyə həllərinin genişləndirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

Operativ Media  xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində yazıb.

Nazir bildirib ki, "VISA" şirkətinin MDB, Şərqi və Cənub-Şərqi Avropa ölkələri üzrə baş vitse-prezidenti Kristina Doroş ilə görüşüb.

Görüşdə əməkdaşlıq imkanları, rəqəmsal ödəniş ekosisteminin inkişafı, həmçinin KOB-lara dəstək mexanizmləri barədə fikir mübadiləsi aparılıb. 

"Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi ilə şirkət arasında imzalanan Anlaşma Memorandumu ölkəmizdə müasir maliyyə həllərinin genişləndirilməsinə və maliyyə inklüzivliyinin təşviqinə xidmət edəcək."- M. Cabbarov qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər