Mikayıl Cabbarov QDTİB-nin prezidenti ilə görüşüb
Nərmin Qocamanlı
İqtisadiyyat naziri Mikayıl Cabbarov Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Operativ Media xəbər verir ki, bu barədə Mikayıl Cabbarov öz "X" hesabında bildirib.
"QDTİB ilə Azərbaycan-ın özəl bank sektoru arasında əməkdaşlığın dərinləşdirilməsinin sahibkarlığın dəstəklənməsi və biznes-in inkişafının stimullaşdırılması baxımından əhəmiyyətini vurğuladıq. Bankın dövlət-özəl tərəfdaşlıq layihələri də daxil olmaqla Azərbaycanda həyata keçiriləcək digər təşəbbüslərdə iştirak potensialını və tərəfdaşlıq imkanlarını nəzərdən keçirdik", - nazir qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net