Menyu

Şuşada “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Şəfa Hüseynli
Şuşada “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Sentyabrın 20-21-də Şuşa şəhərində “KOB FEST” sərgi-satış yarmarkası təşkil olunacaq.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Operativ Media-ya verilən məlumata görə, yarmarkada Şuşa şəhərində və ətraf bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri və sənətkarlar iştirak edə bilərlər.

“KOB FEST”də məhsul və xidmətlərini təqdim etmək istəyən sahibkarlar 16 sentyabr, saat 18.00-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Şuşa” qeyd olunmalıdır).

Mikro və kiçik sahibkarların yarmarkada iştirakı üçün ödəniş nəzərdə tutulmur. “KOB FEST” sərgi-satış yarmarkasının məqsədi bölgədə fəaliyyət göstərən KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər