İctimai iaşə dövriyyəsi 1,7 milyard manatı ötüb
Şəfa Hüseynli
Bu ilin yanvar-avqust aylarında ölkə üzrə ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14 faiz artaraq 1 751,0 milyon manat olub.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51 faizi hüquqi şəxslərin, 49 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.
Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq 886,0 milyon manat təşkil edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net