Menyu

170 nömrəli sərnişin avtobusu qəza edib - YENİLƏNİB

Əsəd Abbaslı
170 nömrəli sərnişin avtobusu qəza edib - YENİLƏNİB

12.09.2025-ci il tarixində Bakıda sərnişin avtobusunun aşması nəticəsində xəsarət alan 9 nəfər (7-si kişi, 2-si qadın cinsli olmaqla) Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

Kliniki Tibbi Mərkəzdən Operativ Media-ya verilən məlumata görə, onlara bədənin müxtəlif dərəcəli yaralanmaları, sınıq və çıxıq diaqnozları qoyulub.

Zəruri tibbi yardım göstərildikdən sonra yaralıların instrumental-diaqnostik müayinələri aparılıb.

Hazırda hər birinin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

18:14

Bakının Sulutəpə dairəsi yaxınlığında “170” nömrəli sərnişin avtobusu yol-nəqliyyat hadisəsi törədib.

Operativ Media xəbər verir ki, qəza nəticəsində ərazidə tıxac yaranıb.

Hadisə yerinə dərhal yol patrul xidmətinin əməkdaşları cəlb olunub.

Teqlər:

"170 n\u00f6mr\u0259li s\u0259rni\u015fin avtobusu q\u0259za edib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər