Azərbaycan XİN Bakının azad olunmasının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Bakının azad olunmasının 107-ci ildönümü ilə bağlı paylaşım edib.
Operativ Media xəbər verir ki, XİN-nin "X" hesabında edilən paylaşımda deyilir:
"1918-ci ilin bu günü Qafqaz İslam Ordusu Azərbaycan korpusu ilə birlikdə Bakıya daxil olaraq erməni-daşnak işğalına son qoydu.
Paytaxtın azad olunması Azərbaycan dövlətçiliyi uğrunda mübarizədə dönüş nöqtəsi oldu və xalqımızın, həmçinin müttəfiqlərimizin birliyini, cəsarətini və fədakarlığını nümayiş etdirdi.
107 il sonra biz Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını qurban verənlərin xatirəsini dərin minnətdarlıqla anırıq".
On this day in 1918, the Islamic Army of the Caucasus, which included the Azerbaijani Corps, entered Baku, putting an end to the Armenian–Dashnak occupation.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 15, 2025
The liberation of the capital was a turning point in the struggle for Azerbaijan’s statehood, demonstrating the unity,… pic.twitter.com/tzn5kTxvKI