Polis Bakıda mağazaları talayan şəxsi saxlayıb

Şəfa Hüseynli
Polis Bakıda mağazaları talayan şəxsi saxlayıb

Paytaxtın Yasamal rayonunda silsilə oğurluqlar qeydə alınıb. Naməlum şəxs ayr-ayrı vaxtlarda 3 mağazdan ümumilikdə 2076 manat nağd pul və 2760 manat dəyərində tütün məmulatlarını talayıb. Bu barədə zərərçəkənlər polis orqanına müraciət ediblər.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
 
Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum edilmiş 32 yaşlı S.Zeynalov saxlanılıb.
 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər