Menyu

Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edilib

Nərmin Qocamanlı
Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edilib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün sentyabrın 20-də Bakı–Ağstafa,  sentyabrın 21-də isə Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

Operativ Media xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Məlumata əsasən, sərnişinlər Bakı-Qazax-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilər.

Hərəkət cədvəli və biletlərlə bağlı məlumatı (www.ady.az) rəsmi saytından, "ADY Mobile" tətbiqindən, dəmiryol kassalarından və 7/24 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzindən öyrənə bilərsiniz.

Teqlər:

"Bak\u0131-A\u011fstafa istiqam\u0259tind\u0259 \u0259lav\u0259 qatar reysl\u0259ri t\u0259yin edilib"

Əlaqəli Xəbərlər