Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Nərmin Qocamanlı
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

2025-ci il sentyabrın 17-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Kollegiyadan Operativ Media-ya verilən məlumata görə, iclası açan VK-nın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı, şifahi mərhələlərini və icbari təlim proqramını uğurla başa vuran 3 vəkilliyə namizədin, habelə bir hüquq elmləri doktorunun andiçmə mərasimi keçirilib. Onlar vəkil etikası və peşə borcları ilə bağlı and içərək Kollegiya sıralarına qəbul edilib.

Həmçinin bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, vəkillərin öz istəyi ilə vəkillik fəaliyyətinə xitam verilməsi, vəkillərin təhsili ilə əlaqədar müəyyən müddətdə üzvlük haqqından azad olunması, o cümlədən bir neçə vəkilin vəkil kabineti yaratmaq, vəkil kabinetinin ünvanını dəyişdirilməsi ilə bağlı müraciətlərə baxılaraq müvafiq qərarlar çıxarılıb.

Bundan başqa, VK Rəyasət Heyətinə daxil olan bəzi müraciətlərin araşdırılaraq müvafiq rəy verilməsi üçün Vəkillərin İntizam Komissiyasına göndərilməsi barədə qərar qəbul edilib.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Digər xəbərlər