Menyu

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Əsəd Abbaslı
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü  saxlanılıb

Cəlilabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü müəyyən edilib.

Operativ Media xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Ford Fusion" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozduğuna görə sürücü C.Məlikova “saxla” işarəsi verilib.

Sürücünün hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinədən keçirilib.

Nəticədə C.Məlikovun narkotik vasitə qəbul etdiyi müəyyən edilib.

Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxsin sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb.

Qeyd edək ki, həmin sürücü bu ilin fevral ayında da narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində tənbeh tədbir görülüb.  

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər