Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 28,4 faiz artaraq 2,9 milyard dolları üstələyib.
Operativ Mediaxəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Azərbaycandan Çinə ixrac: 60,1 milyon dollar (+4,5 dəfə)
Çindən Azərbaycana idxal: 2,88 milyard dollar (+26,5 faiz)
Cari ilin ilk 8 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Çin ilə ticarətin payı 9,15 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,77 faiz bəndi çoxdur.
Teqlər:
"\u00c7inl\u0259 ticar\u0259t d\u00f6vriyy\u0259si 3 milyard dollara \u00e7at\u0131b"