Menyu

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Nərmin Qocamanlı
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
1 dəq oxu

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti "İsfa" MMC ilə Şahdağ Qusar Futbol Klubu arasında sentyabrın 18-də tərəfdaşlıq haqqında müqavilə imzalanıb.

İZİA-dan Operativ Media-ya verilən məlumata görə, sənədi "İsfa" MMC-nin direktoru Samir Xeyirbəyov və Şahdağ Qusar Futbol Klubunun prezidenti Rahid Əmirquliyev imzalayıblar. Müqavilənin müddəti 1 ildir.

Bu əməkdaşlıq hər iki təşkilata gələcəkdə inkişaf yolunda böyük təkan olacaq.

Əməkdaşlıq çərçivəsində klubun oyunlarında "İsfa" MMC-nin reklam materialları yerləşdiriləcək və komanda futboçularının geyimində şirətin adı yazılacaq.

Qeyd edək ki, "İsfa" MMC 2015-ci ildən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Şirkət innovativ damlama-suvarma və yağmurlama sistemlərinin satışı və quraşdırılması, meyvə tinglərinin istehsalı və satışı, intensiv bağların salınması və aqro-texniki xidmətlərlə məşğuldur. Damlama-suvarma sistemləri, gübrələr, kənd təsərrüfatı texnikaları və avadanlıqlar şirkətin əsas xidmətlərinə daxildir. "İsfa" MMC Yevlax Pilot Aqropark layihəsinin rezidenti olaraq bağçılıq işləri və ixrac yönümlü layihələr həyata keçirir.

Əlaqəli Xəbərlər