Menyu

AQTA vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində saxlanması ilə bağlı monitorinqlərə başlayıb 

Nərmin Qocamanlı
AQTA vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində saxlanması ilə bağlı monitorinqlərə başlayıb 

Son dövrlərdə ictimai iaşə müəssisələri və ailəvi istirahət mərkəzlərində müxtəlif növ vəhşi heyvan və quşların saxlanılaraq nümayiş etdirilməsi hallarının geniş yayılması müşahidə olunur.

AQTA-dan Operativ Media-ya verilən məlumata görə, bu hal heyvan və quşların insanlarla təması, zoonoz xəstəlik törədicilərinin insanlara ötürülməsi, həmçinin ölkədə bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır.

Qeyd etmək lazımdır ki, vəhşi heyvan və quşların ailəvi istirahət məkanlarında və ictimai iaşə müəssisələrində saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır.

Belə hallarda yarana biləcək təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə üzrə ictimai iaşə müəssisələrində və ailəvi istirahət mərkəzlərində müvafiq monitorinqlərə başlayıb.

AQTA diqqətə çatdırır ki, monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilərsə, Agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.

Teqlər:

"AQTA v\u0259h\u015fi heyvan v\u0259 qu\u015flar\u0131n ictimai ia\u015f\u0259 m\u00fc\u0259ssis\u0259l\u0259rind\u0259 saxlanmas\u0131 il\u0259 ba\u011fl\u0131 monitorinql\u0259r\u0259 ba\u015flay\u0131b\u00a0"

Əlaqəli Xəbərlər