Yanvar-avqustda ADY qatarlarının qarşısına 81 dəfə qəfil insan çıxıb, 7 nəfər həlak olub
Nərmin Qocamanlı
Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) qatarlarının qarşısına 81 dəfə qəfil insan çıxıb.
Operativ Media xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, bunun nəticəsində maşinistlər təcili tormozlama etməli olub: "Bəzi hallarda isə məsafə çox qısa olduğundan hadisə qaçılmaz olub: 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
"ADY bir daha xatırladır ki, dəmir yolu xətlərini keçərkən qulaqlıqdan istifadə etməyin, sağa və sola baxın, hər 2 tərəfdən qatarın gəlmədiyinə əmin olduqdan sonra yolunuza davam edin", - deyə qurum bəyan edib
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma