Menyu

DYP ikitəkərli nəqliyyat vasitəsi idarə edən şəxslərə xəbərdarlıq edib

Əziz Əzizli
DYP ikitəkərli nəqliyyat vasitəsi idarə edən şəxslərə xəbərdarlıq edib

Dövlət Yol Polisi (DYP) əlverişsiz hava şəraitində ikitəkərli nəqliyyat vasitəsi idarə edən şəxslərə xəbərdarlıq edib.

Bu barədə Operativ Media-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, hazırda paytaxt ərazisində müşahidə olunan yağıntı, eləcə də güclü külək yollarda qəza riskini artırır.

"Yağıntılı, eləcə də küləkli hava şəraitində skuter, moped, velosiped və digər ikitəkərli nəqliyyat vasitələrindən istifadə xüsusilə təhlükəli olur. Yol örtüyünün sürüşkənliyi, sürücülərin görmə imkanlarının məhdudlaşması, küləyin təsiri və balansın asanlıqla itirilməsi qəza riskini dəfələrlə artırır. Belə şəraitdə bu nəqliyyat vasitələrinin idarə olunması həm istifadəçilərin özləri, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.

Xatırladırıq ki, ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri yol şəraitinə daha həssasdır və qəza anında xəsarət alma ehtimalı yüksək olan qrupdur. Buna görə də güclü yağış, külək və zəif görmə şəraiti mövcud olan hallarda onların yola çıxmaması tövsiyə olunur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, təhlükəli hava şəraitində skuter, moped, velosiped və digər ikitəkərli nəqliyyat vasitələrindən istifadədən çəkinərək, özlərinin və ətrafdakı insanların təhlükəsizliyini qorumağa, eləcə də digər hərəkət iştirakçıları üçün əlavə risk yaratmamağa xüsusi diqqət yetirsinlər".

Teqlər:

"DYP ikit\u0259k\u0259rli n\u0259qliyyat vasit\u0259si idar\u0259 ed\u0259n \u015f\u0259xsl\u0259r\u0259 x\u0259b\u0259rdarl\u0131q edib"

Əlaqəli Xəbərlər