"London taksiləri"nin təmir qarajında yanğın olub
Əsəd Abbaslı
Bakının Sabunçu rayonunda yanğın baş verib.
Operativ Media xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Əliyar Əliyev küçəsində, "London taksiləri"nin təmir qarajında qeydə alınıb.
İlkin məlumata görə, yanğın obyektin anbarında baş verib.
Yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in xüsusi təyinatlı texnikası və şəxsi heyəti cəlb olunub.
Yanğın söndürülüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net