Biləsuvarda ürəyi tutan sürücü qəza edib
Əsəd Abbaslı
Biləsuvarda avtomobil idarə edən sürücü qəfil ürək tutmasından ölüb.
Operativ Media xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.
Kənd sakini, 1972-ci il təvəllüdlü Mirzəyev Mirzə Xıdır oğlu minik avtomobilini idarə edərkən halı qəfildən pisləşib.
Nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Hadisə yerində həyatını itirən sürücünün ilkin ehtimallara görə ürək tutmasından vəfat etdiyi bildirilir.
Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net