Prezident: Hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir
Nərmin Qocamanlı
"Hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir".
Operativ Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində bildirib.
"Bu, ölkəmizdə müasir korporativ idarəetməyə əsaslanan, rəqabətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına mühüm töhfədir. Əldə etdiyimiz etimad sayəsində əksər xarici şirkətlər bu gün də mənfəətlərini ölkə iqtisadiyyatına təkrar investisiya etməyi seçirlər", - o, qeyd edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma