Menyu

Ötən həftə nə qədər ərazi minadan təmizlənib?

Nərmin Qocamanlı
Ötən həftə nə qədər ərazi minadan təmizlənib?

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (15.09.2025-21.09.2025) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Operativ Media-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 95 piyada əleyhinə mina, 14 tank əleyhinə mina, 1286 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 130,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Teqlər:

"\u00d6t\u0259n h\u0259ft\u0259 n\u0259 q\u0259d\u0259r \u0259razi minadan t\u0259mizl\u0259nib?"

Əlaqəli Xəbərlər