Menyu

Baş Prokurorluq vətəndaşın şikayətinə dair açıqlama yayıb

Nərmin Qocamanlı
Baş Prokurorluq vətəndaşın şikayətinə dair açıqlama yayıb

Baş Prokurorluq Süleymanov Zeyqəm Muradəli oğlunun müraciətinə dair açıqlama yayıb.

Operativ Media xəbər verir ki, açıqlamada deyilir:

"Baş Prokurorluğun sosial media səhifəsində paytaxtın Nərimanov rayon sakini Süleymanov Zeyqəm Muradəli oğlu özünə məxsus hesabdan prokurorluq orqanlarına ünvanladığı şikayətinə obyektiv baxılmamasına dair bir neçə dəfə məlumat paylaşmışdır.

Bildirilir ki, vətəndaş Z.M.Süleymanov dəfələrlə etdiyi şikayətlərində təkidlə keçmiş gəlininin öz azyaşlı övladına fiziki zor tətbiq edərək işgəncə verməsi ilə bağlı məsuliyyətə cəlb edilməsini tələb etmiş, lakin araşdırmalarla göstərilən faktlar təsdiq olunmamışdır.

Müvafiq qərar Baş Prokurorluq tərəfindən də öyrənilərək qanuni və əsaslı hesab edilmiş, vətəndaş dəfələrlə qəbul edilərək dinlənilmiş və ona qanunvericiliyin tələbləri ətraflı izah olunsa da, sonuncu israrla əsassız tələblərini davam etdirmişdir".

Teqlər:

"Ba\u015f Prokurorluq v\u0259t\u0259nda\u015f\u0131n \u015fikay\u0259tin\u0259 dair a\u00e7\u0131qlama yay\u0131b"

Əlaqəli Xəbərlər