Metronun “Xalqlar dostluğu” stansiyasında qatarda texniki nasazlıq yaranıb
Nərmin Qocamanlı
Metronun “Xalqlar dostluğu” stansiyasında bir qatarda texniki nasazlıq yaranıb.
"Bakı Metropoliteni" QSC-dən Operativ Media-ya verilən məlumata görə, bu səbəbdən iki qatar arasında intervaldan əlavə 7 dəqiqəlik yubanma qeydə alınıb.
Qatar operativ şəkildə “Nərimanov” elektrik deposuna yola salınıb və xəttə ehtiyat qatar buraxılıb.
Yalnız iki qatar arasında yaranmış bu interval fərqinin bərpası məqsədilə əlavə tədbirlər görülüb, qısa müddət ərzində interval bərpa olunub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma