Menyu

Vəkillər Kollegiyası Şaiq Mirzəyev barədə yayılan məlumatları təkzib edib

Şəfa Hüseynli
Vəkillər Kollegiyası Şaiq Mirzəyev barədə yayılan məlumatları təkzib edib

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bildirir ki, vəkilin publik hüquqi şəxsdə fəaliyyət göstərməsi onun dövlət qulluğunda işləməsi anlamına gəlmir. Qanunvericiliyə əsasən, yalnız dövlət qulluğunda fəaliyyət göstərən vəkilin fəaliyyəti dayandırılır.

Operativ Media-ya bu barədə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasından bildirilib.

Publik hüquqi şəxs dövlət qulluğu sayılmadığından, həmin qurumlarda çalışan şəxslərin vəkil kimi fəaliyyətinə məhdudiyyət tətbiq edilmir. Bu səbəbdən vəkillərin publik hüquqi şəxslərdə işləməsi onların peşə fəaliyyətinə mane olmur. Vəkillərin fəaliyyəti yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər.

Sonda qeyd etmək istərdik ki, bəzi kütləvi informasiya vasitələrində Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyevin guya vəkillik fəaliyyətinə zidd hərəkətləri barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər