Menyu

Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb - YENİLƏNİB 3

Nərmin Qocamanlı
Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb - YENİLƏNİB 3
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.

Operativ Media xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidmətinin məlumat yayıb.

***

09:35

Bakıda çoxmərtəbəli binada yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə Operativ Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

08:55

Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN-in Mətbuat Xidmətindən Operativ Media-ya bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.

***

08:35

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Nəsimi rayonu Rəşid Behbudov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Operativ Media-ya bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunublar.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Əlaqəli Xəbərlər