Məktəblərdə şagirdlər universitetə ​​pulsuz hazırlaşacaq

Nərmin Qocamanlı
Məktəblərdə şagirdlər universitetə ​​pulsuz hazırlaşacaq

Sumqayıt şəhəri 37 nömrəli tam orta məktəbdə yeni təmayül tədris modelinə start verilib.

Operativ Media-nın xəbərinə görə, İTV-nin reportajında qeyd olunur ki, 9-cu sinif buraxılış imtahanlarında 150-dən yuxarı bal toplayan şagirdlər könüllülük əsasında məktəblərini dəyişərək burada təhsil alırlar.

Yeni model şagirdlərin maraq və meyillərinə uyğun fərdi inkişafını genişləndirməklə yanaşı ümumtəhsil pilləsində təmayülləşmənin səmərəliliyini artırmağa xidmət edir.

Məktəbdə ümumi və orta siniflər fəaliyyət göstərmir. 

Hazırda məktəbdə 25 müəllim, 15 sinif komplektində 209 şagirdə dərs deyir.

Prosesə yalnız sertifikatlaşdırma imtahanında minimum 51 bal, işə qəbul imtahanında isə 81 bal toplamış azı 3 il təcrübəsi olan pedaqoqlar cəlb olunur.

Qeyd edək ki, layihəyə ilkin olaraq Bakı, Sumqayıt, Siyəzən Gəncə, Beyləqan, Şəki, Xaçmaz, Quba, Goranboy, İmişli, Sabirabad, Neftçala və Lənkəran şəhərlərində seçilmiş ümumitəhsil müəsissələrində tətbiq edilir.

Digər xəbərlər