Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Gürcüstan ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 32,3 faiz artaraq 541,6 milyon dolları üstələyib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Azərbaycandan Gürcüstana ixrac: 435,6 milyon dollar (+28,8 faiz)
Gürcüstandan Azərbaycana idxal: 106 milyon dollar (+49,2 faiz)
Cari ilin ilk 8 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Gürcüstan ilə ticarətin payı 1,68 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,36 faiz bəndi çoxdur.