Yay aylarında 100-ə yaxın şəxsi gün vurub

Nərmin Qocamanlı
Yay aylarında 100-ə yaxın şəxsi gün vurub

Bu ilin yay mövsümündə (iyun, iyul, avqust ayları üzrə) Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ölkə üzrə 100-ə yaxın şəxsin müraciəti qeydə alınıb.

Bu barədə Operativ Media-ya TƏBİB-dən məlumat verilib.

Daxil olan müraciətlərdən 76-sı Bakı şəhəri üzrə olub və onlardan 36 nəfər aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya edilib. Digər 35 nəfərə yerində tibbi yardım göstərilib, 5 nəfər isə hospitalizasiyadan imtina edib.

Eyni zamanda günvurma ilə əlaqədar Sumqayıt, Şirvan, Salyan, Siyəzən, Astara, Zaqatala, Qəbələ, Quba, Qax, Ağstafa, Sabirabad, Hacıqabul, Neftçala, Zaqatala və s. bölgələrdən də 23 nəfərin çağırışı daxil olub. Onlardan 13 nəfərə yerində tibbi yardım göstərilib, 10 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub.

Digər xəbərlər