Menyu

Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Şəfa Hüseynli
Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
1 dəq oxu

Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Operativ Media-ya bildirilib ki, araşdırmalarla yanğının rayon sakini Fuad Səmiyev tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 1 hektar əkin sahəsi yanıb. 

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Əlaqəli Xəbərlər