Menyu

Laçında şəhidlərin xatirəsi yad olunub

Əziz Əzizli
Laçında şəhidlərin xatirəsi yad olunub

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi sentyabrın 27-də saat 12:00-da Laçın rayonunda bir dəqiqəlik sükutla yad olunub.

Operativ Media xəbər verir ki, sükut zamanı nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.

Rayon sakinləri şəhid əsgər və zabitlərin ruhu qarşısında dərin ehtiramla baş əyiblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərin, bütün şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər