Bu ilin avqust ayında əhalinin banklarda əmanətləri 15 460,6 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin eyni ayının göstəricisini 9 faiz və ya 1 275,1 milyon manat üstələyir.
AMB-dən Operativ Media-ya verilən məlumata əsasən, cari ilin əvvəlindən bu göstərici üzrə 5,4 faiz artım qeydə alınıb.
Xatırladaq ki, 2025-ci ilin yanvar ayının 1-nə ölkədə əmanətlərin həcmi 14 661,9 milyon manat təşkil edib.