Süni intellektin təhsil müəssisələrində tətbiqi xüsusi olaraq vurğulanacaq

Əsəd Abbaslı
Süni intellektin təhsil müəssisələrində tətbiqi xüsusi olaraq vurğulanacaq

“Süni intellekt sahəsi yeni strategiyada ayrıca bir bənd kimi yer alacaq”.

Operativ Media xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev bu gün jurnalistlərə açıqlaması zamanı deyib .

O əlavə edib ki, 2027–2030-cu illəri əhatə edəcək strateji sənəddə süni intellektin təhsil müəssisələrində tətbiqi xüsusi olaraq vurğulanacaq.

Nazirin sözlərinə görə, hazırda həyata keçirilən “Rəqəmsal məktəb” layihəsi çərçivəsində də bu istiqamətdə işlər aparılır:

“Xüsusilə Azərbaycan tarixi və Azərbaycan dili kimi fənlər üzrə çatbotun hazırlanması üzərində çalışırıq. Bu sistem şagirdlərin suallarına cavab verə biləcək şəkildə qurulacaq və ilin sonuna qədər təqdim ediləcək. Bu addımlar təhsildə keyfiyyətin artırılması və şagirdlərə fərdi yanaşmanın təmin olunmasına xidmət edir”.

Digər xəbərlər