Menyu

Azərbaycan və Türkiyə Mərkəzi Banklarının sədrləri görüşüb

Nərmin Qocamanlı
Azərbaycan və Türkiyə Mərkəzi Banklarının sədrləri görüşüb

"İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı - İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsi (OIC-COMCEC) Mərkəzi Banklarının 7-ci Forumunda iştirak zamanı Türkiyə Mərkəzi Bankının sədri cənab Fatih Karahanla görüşməkdən məmnunluq duyduq".

Operativ Media xəbər verir ki, bunu AMB sədri Taleh Kazımov öz "X" hesabında etdiyi paylaşımda bildirib.

O bildirib ki, görüş zamanı qlobal və regional iqtisadi trendlər, maliyyə sabitliyi, həmçinin pul-kredit siyasəti barədə geniş fikir mübadiləsi aparılıb:

"Qardaş ölkələrimiz arasında mövcud sosial-iqtisadi əlaqələrin səviyyəsindən məmnunluğumuzu ifadə etdik. Eyni zamanda, qurumlarımız arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini bir daha vurğuladıq".

Teqlər:

"Az\u0259rbaycan v\u0259 T\u00fcrkiy\u0259 M\u0259rk\u0259zi Banklar\u0131n\u0131n s\u0259drl\u0259ri g\u00f6r\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər