Bu ilin yanvar-avqust aylarında ölkədən 103,6 milyon ABŞ dolları dəyərində 92,7 min tona yaxın çox ilkin formalarda polietilen ixrac olunub.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 9,2 faiz və ya 8,7 milyon dollar, həcmi isə 8,6 faiz və ya 7,3 min ton artıb.
Cari ilin ilk 8 ayında polietilenin ümumi ixracda xüsusi çəkisi 0,61 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 4,32 faizə bərabər olub.