Menyu

Pərviz Şahbazov Qazaxıstan enerji həftəsində iştirak edib

Şəfa Hüseynli
Pərviz Şahbazov Qazaxıstan enerji həftəsində iştirak edib

Energetika naziri Pərviz Şahbazov  Qazaxıstan Enerji Həftəsi çərçivəsində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) təşəbbüsü olan “Mərkəzi Asiyada Bərpa Olunan Enerji üzrə Sürətləndirilmiş Tərəfdaşlıq" tədbirində iştirak edib.

Operativ Media xəbər verir ki, bu barədə o "X" hesabında paylaşım edib.

"Təşəbbüsün regionda Yaşıl Enerji sahəsində dayanıqlı əlaqəlilik yaratmaq, beynəlxalq ticarət və ixrac imkanlarını genişləndirmək, eləcə də enerji keçidi və təchizat təhlükəsizliyini möhkəmləndirmək baxımından əhəmiyyətini vurğuladıq. Həmçinin Azərbaycan və Mərkəzi Asiya ölkələrinin elektrik enerjisi sistemlərini birləşdirən “Transxəzər Yaşıl Enerji Dəhlizi”nin regional tərəfdaşlığı gücləndirən və Avropanı Asiya ilə birləşdirən Orta Dəhlizin Yaşıl Körpü kimi inkişafına töhfə verən strateji perspektivlərini diqqətə çatdırdıq.",- o qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər