Menyu

Vüqar Bayramov: Rəqəmsal inkişaf nağd pula ehtiyacı minimuma endirir

Nərmin Qocamanlı
Vüqar Bayramov: Rəqəmsal inkişaf nağd pula ehtiyacı minimuma endirir

Son illərdə texnologiyanın sürətli inkişafı və mobil tətbiqlərin geniş yayılması insanların alış-veriş vərdişlərinə də mühüm təsir göstərib. Artıq əhalinin böyük hissəsi gündəlik ehtiyaclarını nağd puldan istifadə etmədən, rəqəmsal ödəniş vasitələri ilə edir.

Bank kartları, mobil bankçılıq xidmətləri, həmçinin QR və NFC texnologiyaları ilə aparılan ödənişlər vətəndaşlara həm rahatlıq yaradır, həm də şəffaf iqtisadi münasibətlərin formalaşmasına təkan verir. Bu isə nağd pulla alış-verişə olan tələbatın azalmasına səbəb olur.

Mövzu ilə bağlı Operativ Media-ya açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, son illərdə nağd ödənişlərin həcminin azaldığı müşahidə olunur:

“Bunun əsas səbəblərindən biri ödəniş infrastrukturunun genişlənməsidir. İnfrastruktur inkişaf etdikcə nağd pula ehtiyac azalır və plastik kartlardan istifadə artır. Digər mühüm amil isə təşviqedici tədbirlərdir. Buraya “ƏDV geri al” mexanizmi və banklar tərəfindən təqdim olunan stimullaşdırıcı bonuslar daxildir. Bu təşviqlər plastik kartlara tələbi artırır, nağd vəsaitlərə olan marağı isə azaldır. Rəqəmsal texnologiyaların inkişafı da bu prosesə əlavə təkan verir. Gözlənilir ki, növbəti illərdə nağd pulla alış-verişin həcmi daha da azalacaq və ödənişlərin böyük hissəsi plastik kartlar vasitəsilə həyata keçiriləcək.”

Şəfa Hüseynli

Teqlər:

"V\u00fcqar Bayramov: R\u0259q\u0259msal inki\u015faf na\u011fd pula ehtiyac\u0131 minimuma endirir"

Əlaqəli Xəbərlər