Menyu

Mirzoyan: Azərbaycan və Ermənistan bir-birinin infrastrukturundan adi qonşular kimi yararlana bilər

Nərmin Qocamanlı
Mirzoyan: Azərbaycan və Ermənistan bir-birinin infrastrukturundan adi qonşular kimi yararlana bilər

Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqələrinin açılması barədə razılıq əldə olunub.

Operativ Media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan  "TVP World"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, söhbət bütün infrastrukturdən gedir.

"Məsələn, Ermənistan Azərbaycanın dəmir yolu sisteminə çıxış əldə edir, Azərbaycan isə Ermənistanın dəmir yolu sisteminə çıxış əldə edir, gələcəkdə isə avtomobil yolları və digər infrastrukturdan da istifadə mümkün olacaq.

Biz bir-birimizin infrastrukturundan adi qonşular kimi istifadə edə bilərik, məsələn, Avropada və ya başqa yerlərdə olduğu kimi", - nazir qeyd edib.
____________________

✍️ Nərmin Qocamanlı

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər