"Neftçala Sənaye Məhəlləsində investisiya portfelinin dəyəri 63 milyon manatdan çox olan 6 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bunlardan 5-i fəaliyyət göstərir. Sahibkarlar Məhəlləyə 50 milyon manata yaxın investisiya yatırılıb".
Operativ Media xəbər verir ki, bunu İZİA-nın mətbuat katibi Elçin Kazımov bildirib.
O, bildirib ki, Neftçala Sənaye Məhəlləsi tam dolub:
"Burada əsas fəaliyyət istiqamətləri kimi balıqçılıq, qida sənayesi, avtomobil, yem istehsalı və s. məhsulların istehsalı nəzərdə tutulub. Məhəllənin rezidentlər bu istiqamətdə fəaliyyət göstərirlər".
"İndiyə qədər Məhəllənin rezidentləri 230 milyon manatlıq məhsul satıb, bunun da 1,8 milyon manatlıq hissəsi ixracın payına düşüb. Bu ilin I yarısında Məhəllədə 19 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çoxdur. İstehsal edilən məhsullar daxili bazara satılmaqla yanaşı, "Made İn Azerbaijan" brendi adı altında İraqa, Türkmənistana, Özbəkistana, Qırğızıstana və s ölkələrə ixrac edilib. Əsasən balıq yemi və elektrod kimi məhsullar ixrac edilib", - Elçin Kazımov qeyd edib.
_______________
✍️ Əsəd Abaslı