Direktor: Bu gün Türkmənistana daha 100 ton elektrod göndəriləcək

Nərmin Qocamanova
Direktor: Bu gün Türkmənistana daha 100 ton elektrod göndəriləcək

Bu gün Türkmənistana daha 100 ton elektrod göndəriləcək.

Operativ Media xəbər verir ki, bunu Neftçala Sənaye Məhəlləsinin rezidenti "Gedik Kaynak MMC"nin direktoru Taleh Salmanov bildirib:

"Məlumat üçün bildirim ki, 2021-ci ildə elektrod məhsullarının istehsal sahəsi üzrə Neftçala Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyatdan keçmişik. Artıq 4 ildən çoxdur ki, elektrod məhsulunun istehsalı ilə məşğuluq. Müəssisəmiz Cənubi Qafqazın ən böyük müəsisəsidir. Azərbaycanda yeganə olaraq bu məhsulun istehsalı məhz Neftçala Sənaye Məhəlləsində yerləşən müəssisəmizdə həyata keçirilir. Əvvəl Azərbaycan bu məhsulu xarici bazarlardan İran və Türkiyə kimi ölkələrdən idxal edirdisə artıq bizim müəssisəinin sayəsində bu məhsulun idxalçısından ixracatçısına çevrilmişik.

Qeyd edim ki, məhsullarımız İraq, Özbəkistan və Türkmənistana artıq satılıb. Və bu gündə əlamətdar hadisələrdən birinin reallaşmasına şahidlik edirik. İlk dəfə olaraq Türkmənistana böyük həcmdə elektrod məhsulunu ixrac edirik. Bu gün Türkmənistana daha 100 ton məhsul göndəriləcək. Bir neçə gün öncə 100 ton məhsul göndərmişdik. Ümumilikdə mərhələli şəkildə Türkmənistana 600 ton məhsul göndəriləcək".

"Müəssisəmizin illik istehsal gücü 300 tondur, amma lazım gələrsə əlimizdəki imkanlar hesabına illik gücümüzü 600 tona qədər artıra bilərik.

Hazırda müəssisəmizdə 2 növdə olmaqla 8 ölçüdə elektrod istehsalı həyata keçirilir. Həmçinin gələcək planımızda paslanmaz və alüminium elektrodların da istehsalına başlamağı nəzərdə tuturuq", - o, qeyd edib.

_______________
✍️ Əsəd Abaslı

Şəkil Qalereyası

Direktor: Bu gün Türkmənistana daha 100 ton elektrod göndəriləcək - Şəkil 1
Direktor: Bu gün Türkmənistana daha 100 ton elektrod göndəriləcək - Şəkil 2

Digər xəbərlər