Qeyri-neft məhsulları üzrə ixrac artıb

Şəfa Hüseynli
Qeyri-neft məhsulları üzrə ixrac artıb

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, bu ilin yanvar-avqust aylarında ölkədən 42,7 milyon dollar dəyərində 36,8 min tondan çox ilkin formalarda polipropilen ixrac olunub.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 8,3 faiz və ya 3,29 milyon dollar, həcm baxımından isə 4,7 faiz və ya 1,6 min ton çoxdur.

Ümumilikdə cari ilin ilk səkkiz ayında ölkədən dəyəri 2,14 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 16,8 faiz üstələyir. Hesabat dövründə polipropilen ixracının xüsusi çəkisi təqribən 2 faizə bərabər olub.

Digər xəbərlər