Cari ilin ilk 8 ayında 10,2 milyon manatlıq dərman istehsal olunub

Şəfa Hüseynli
Cari ilin ilk 8 ayında 10,2 milyon manatlıq dərman istehsal olunub

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 995,9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar istehsal olunub.

Dövlət Statistika Komitəsindən Operativ Media-ya məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə istehsal dəyəri 21,1 faiz artıb.

Cari ilin ilk 8 ayında 10,2 milyon manatlıq dərman istehsal olunub ki, bu da illik ifadədə 36,9 faiz çoxdur. Sentyabr ayının 1-nə 461,2 min manatlıq hazır məhsul ehtiyatı olub.

Digər xəbərlər