Bu ilin yanvar-avqust aylarında ölkədə 429,2 min ton karbamid istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 2,6 faiz və ya 10,9 min ton çoxdur.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, cari ilin iyul ayı ilə müqayisədə isə avqustda istehsal həcmində 4,3 faiz və ya 2,4 min ton artım qeydə alınıb. Avqust ayında 58,4 min ton karbamid istehsal edilib.
Sentyabr ayının 1-nə hazır məhsul ehtiyatı 68,2 min ton təşkil edib.