Menyu

Azərbaycan və Oman Birbaşa İnvestisiya Fondu yaradıb

Şəfa Hüseynli
Azərbaycan və Oman  Birbaşa İnvestisiya Fondu yaradıb

Azərbaycan İnvestisiya Holdinqi və Oman İnvestisiya Qurumu arasında dəyəri 200 milyon ABŞ dolları olan Birbaşa İnvestisiya Fondunun yaradılması ilə bağlı Səhmdarlar Müqaviləsi imzalanıb.

Operativ Media xəbər verir ki, bu barədə  iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"  hesabında paylaşım edib.

Onun sözlərinə görə, bu, Omana işgüzar səfər çərçivəsində baş tutub.

"Fondun fəaliyyəti ikitərəfli investisiya əməkdaşlığının güclənməsinə, ərzaq sənayesi, səhiyyə, bərpa olunan enerji, istehlak malları və logistika kimi müxtəlif sahələrdə Azərbaycan, Oman, Mərkəzi Asiya və digər ölkələrdə strateji investisiya layihələrini həyata keçirməklə ölkələrimizin iqtisadi inkişafına töhfə verəcək", - deyə nazir qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər