Meşə fındığının ixracında artım müşahidə olunub
Şəfa Hüseynli
Bu ilin yanvar-avqust aylarında ölkədən 88,2 milyon ABŞ dolları dəyərində 12,2 min tondan çox meşə fındığı ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata görə, bu, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 48,9 faiz və ya 29 milyon dollar, həcm baxımından isə 26,6 faiz və ya təxminən 2,6 min ton çoxdur.
Cari ilin ilk 8 ayında meşə fındığının ümumi ixracda xüsusi çəkisi 0,52 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,68 faizə bərabər olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net